• şənbə, 20 Aprel, 13:23
  • Baku Bakı 23°C

"Köhnə çamadanlar" filminin növbəti nümayişi olub

28.09.22 17:32 1023
"Köhnə çamadanlar" filminin növbəti nümayişi olub
Sentyabrın 27-də Bakının "Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında “Köhnə çamadanlar” filminin media nümayəndələri və Vətən müharibəsi qaziləri üçün nümayişi baş tutub.
Şəhidlərin anım gününə təsadüf edən nümayişdən öncə filmin yaradıcı heyəti, real qəhrəmanları və İkinci Qarabağ müharibəsi qaziləri çıxış edərək fikirlərini bölüşüblər.
Ekran işində şəhid atası obrazını canlandıran Xalq artisti Məmməd Səfa, eləcə də filmdə haqlarında söhbət gedən Birinci Qarabağ müharibəsinin qadın iştirakçıları Aliyə Piriyeva, Kəmalə Qəhrəmanova, Xanımzər Həsənova  və Məhəbbət Paşayeva, eləcə də  44 günlük Vətən müharibəsinin qaziləri ürək sözlərini bölüşdülər
banner

Oxşar Xəbərlər