• cümə axşamı, 28 mart, 18:55
  • Baku Bakı 13°C

Klassik musiqi fleşmobu

18.05.22 11:37 637
Klassik musiqi fleşmobu

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram müxtəlif mövzuya həsr olunur. Bu il isə Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçirilir.
Son iki ildə pandemiya şəraiti, gündəlik məişət qayğıları, stress insanlara sosial psixoloji təsir göstərərək onların gündəlik modunu aşağı salır. Bir çox sosial mərkəzlər kimi insanların asudə vaxtlarını səmərəli keçirməyə xidmət edən muzeylər və digər mədəniyyət müəssisələri fəaliyyətini dayandırmalı oldu.
18 may Beynəlxalq Muzeylər Gününün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu məqsədlə 14 May Leopold və Mstislav Rostropoviçlərin Ev-muzeyinin təşkilatçılığı ilə Dəniz Mall AVM-də “Klassik musiqi fleşmobu” həyata keçirildi. Tədbirdə Prezident təqaüdçüləri, Respublika və Beynəlxalq müsabiqələr laureatları Ş.Ağazadə, N.Hüseynzadə, H.Hacızadə, M.Paşazadə, X.Mirqulamlı, A.Rüstəmzadə, Ş.Rəsulova, K.Talıblı, N.Həsənli, E.Babayev, M.Tağıyev, Ə.Günəşov Ü.Hacıbəylinin “Arazbarı”, Azərbaycan xalq musiqisi “Sarı gəlin”, C.Gerşvinin "An American in Paris", Q.Qarayev “İldırımlı yollarla” əsərlərini ifa etdilər. Həmçinin xüsusi olaraq tədbir hazırlanmış, muzey haqqında məlumat xarakterli flayer dinləyicilərə və şəhərimizin xarici qonaqlarına paylanıldı.  
Konsert insanlara pulsuz şəkildə klassik musiqi zövqü yaşatdı, böyük coşğu və məmnuniyyət hissi ilə qarşılandı. Günün sonrakı saatları üçün insanların əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb oldu. Fleşmobun dinləyicilər tərəfindən belə müsbət qarşılanmasından sonra əminlikə söyləyə bilərik ki, səslənən musiqi dinləyicilərin emosional yaddaşına təsir edərək onların muzeylər haqqında fikir stereotiplərinin dəyişməsinə səbəb oldu.
Sonda isə göstərdiyi dəstəyə görə Dəniz Mall AVM-nin rəhbəri Rəhim Abbasov və əməkdaşlarına, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəhbəri İbrahim Əliyev və əməkdaşlarına, videoqraf Nicat Əzizova, fotoqraf Cavid Əmiraslanova dərin təşəkkürümüzü bildiririk.

banner

Oxşar Xəbərlər