bazar, 01 Oktyabr, 03:48

Baku Bakı 22°C

Kiyev vilayətində Rusiyanın səsdən sürətli “Kinjal” raketi vurulub

icon 473 icon 06 may 2023 | 21:30 Kiyev vilayətində Rusiyanın səsdən sürətli “Kinjal” raketi vurulub

Ukraynanın Hava Hücumundan Müdafiə qüvvələrinin rəisi Nikolay Oleşçuk Kiyev vilayətində “Patriot” zenit-raket kompleksi vasitəsilə Rusiyanın səsdən sürətli “Kinjal” raketinin vurulduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Nikolay Oleşçuk bunu sosial mediada yazdığı açıqlamada Rusiya ordusunun mayın 4-də Ukraynaya endirdiyi raket zərbələrindən bəhs edərkən deyib. Onun sözlərinə görə, mayın 4-də Rusiyaya məxsus X-47 raketi Kiyevin hava məkanında vurulub.

“Patriot” hava hücumundan müdafiə sistemi Rusiyanın analoqu olmayan “Kinjal” raketini vurub. Bu hadisə ilə əlaqədar Ukrayna xalqını təbrik edirəm”, - deyə Nikolay Oleşçuk bildirib.