bazar, 29 Yanvar, 15:46

Baku Bakı 8°C

“Kişi, qadın, pəncərə... məşuq”

icon 534 icon 07 yanvar 2023 | 19:00 “Kişi, qadın, pəncərə... məşuq”

Yanvarın 13-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında tanınmış ingilis dramaturqu Rey Kuninin “Qarışıqlıq” əsəri əsasında səhnələşdirilmiş “Kişi, qadın, pəncərə... məşuq” adlı tamaşa nümayiş olunacaq.

Teatrdan Kaspi.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə, rəssamı Aleksandr Fyodorovdur. Səhnə əsərinin musiqi tərtibatı Vladimir Neverova məxsusdur.

Qeyd edək ki, tamaşa qəhrəmanların aramsız olaraq düşdüyü ekssentrik situasiyalar kaleydoskopuna çevrilir. İngiltərə parlamentinin üzvü ser Uilli beşulduzlu “Vestminster” hotelində nömrə kirayələyir ki, burada ürəkaçan bir axşam keçirsin. Pəncərələri “Biq-Ben”ə baxan 13 nömrəli otaqda gərginliklər məhz həmin rəqəmin ucbatından başlayır.