Kanadanın Baş nazirindən Novruz bayramı münasibətilə təbrik paylaşımı
 
                    Kanadanın Baş naziri Castin Trüdo tvitter hesabında Novruz bayramı münasibətilə təbrik paylaşımı edib.
“Report” xəbər verir ki, o, Novruz şənliklərinin tez-tez bütün icmaları bir araya gətirdiyini vurğulayıb. Hökumət başçısı səmimi arzularını da çatdırıb.
“Novruz bayramınız mübarək! Qarşıdakı ildə cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”, - Castin Trüdo qeyd edib.
 
                 
         Bakı 17°C
 Bakı 17°C
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                