• bazar, 22 Dekabr, 07:49
  • Baku Bakı 8°C

İyunda bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə kimi yüksələcək

31.05.23 17:33 17744
İyunda bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə kimi yüksələcək

İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 24-26° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 19-24°, gündüzlər 29-34°, bəzi günlərdə 36-40° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 9-12 millimetr).

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 23-26° isti olacağı gözlənilir. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 16-21°, gündüzlər 29-34°, bəzi günlərdə 36-40° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 millimetr).

Xankəndi şəhərində, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 18-20° isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 12-17°, gündüzlər 18-23°, bəzi günlərdə 26-31° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir (norma 74-130 millimetr).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 18-20° isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 12-17°, gündüzlər 18-23°, bəzi günlərdə 26-31° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 74-130 millimetr).

Gəncə şəhərində, Qazax, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 23-26° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 28-33°, bəzi günlərdə 36-39° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 46-63 millimetr).

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 21-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 24-29°, bəzi günlərdə 33-38° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacaq (norma 18-179 millimetr).

Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 25-28° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 19-24°, gündüzlər 29-34°, bəzi günlərdə 37-41° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı bildirilir (norma 12-49 millimetr).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturu 21-25° isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 19-24°, gündüzlər 27-32°, bəzi günlərdə 35-37° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimalı var (norma 29-47 millimetr).

banner

Oxşar Xəbərlər