• şənbə, 27 Aprel, 01:05
  • Baku Bakı 14°C

İsveçrə Azərbaycanda layihələr üçün təkliflər elan edib

17.08.22 17:30 817
İsveçrə Azərbaycanda layihələr üçün təkliflər elan edib

İsveçrə Əməkdaşlıq Təşkilatı Azərbaycanda qeydiyyatda olan vətəndaş cəmiyyəti təşkilatlarının ətraf mühit, iqlim dəyişikliyi və gender problemləri sahəsində icra edəcəyi layihələr üçün təkliflərin qəbulunu elan edib.

Barədə İsveçrənin Azərbaycandakı səfirliyi feysbuk səhifəsində yazıb.

Qeyd edilib ki, layihələr mövzular üzrə tərəfdaşların dialoquna öz töhfəsini verməlidir.

İsveçrə Əməkdaşlıq Təşkilatı bu ölkənin Federal Xarici İşlər Departamenti yanında İnkişaf və Əməkdaşlıq Agentliyini təmsil edir.

banner

Oxşar Xəbərlər