şənbə, 03 Iyun, 22:58

Baku Bakı 27°C

İsrailin xarici işlər naziri apreldə Azərbaycana səfər edəcək

icon 1068 icon 29 mart 2023 | 13:48 İsrailin xarici işlər naziri apreldə Azərbaycana səfər edəcək

İsrailin xarici işlər naziri Eli Kohen apreldə Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, bunu E.Kohen martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. 

“Nümayəndə heyətimiz ölkələrimiz arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün Azərbaycana səfər edəcək”, - İsrailin XİN başçısı bildirib.

O, İsraillə Azərbaycan arasında əlaqələrin inkişafı üçün potensialın böyük olduğunu vurğulayıb: “İsrail Azərbaycanla iqtisadi, texnoloji və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün səy göstərəcək”.