• cümə axşamı, 17 sentyabr, 01:56
  • Baku Bakı 24°C

İsraildə səfirlik, Fələstində Təmsilçilik Ofisi təsis edilir - Qanun imzalandı

26.11.22 17:30 855
İsraildə səfirlik, Fələstində Təmsilçilik Ofisi təsis edilir - Qanun imzalandı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu imzalayıb.

Kaspi.az-ın xəbər verir ki, Qanuna əsasən, Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis ediləcək.

Eyni zamanda dövlət başçısı Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu imzalayıb.

banner

Oxşar Xəbərlər