• şənbə, 20 Iyul, 14:51
  • Baku Bakı 32°C

İsrail Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

31.05.23 14:41 2410
İsrail Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Respublikasına rəsmi səfəri mayın 31-də başa çatıb.

Kaspi.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İsrail Prezidenti İsxak Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

banner

Oxşar Xəbərlər