cümə axşamı, 28 sentyabr, 21:32

Baku Bakı 24°C

İsrail Prezidenti Azərbaycana səfərə yola düşüb

icon 245 icon 30 may 2023 | 09:30 İsrail Prezidenti Azərbaycana səfərə yola düşüb

İsrail Prezidenti İsxaq Hersoq Azərbaycana səfərə yola düşüb.

“Report” xəbər verir ki, İsrail Prezidenti bu barədə tviterdəki hesabında yazıb. O, bunun mühüm dövlət səfəri olduğunu qeyd edib. İsxaq Hersoq səmimi dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Azərbaycan mühüm ölkədir və əminəm ki, mənim səfərim əməkdaşlığın dərinləşməsinə yol açacaq. Biz ümumi yeni imkanları və çağırışları da bölüşürük”, - İsrail Prezidenti qeyd edib.