• şənbə, 24 Fevral, 20:33
  • Baku Bakı 5°C

İrəvan Ermənistan SQ-nin təxribatı nəticəsində itkilərinin olduğunu açıqlayıb

12.05.23 22:36 924
İrəvan Ermənistan SQ-nin təxribatı nəticəsində itkilərinin olduğunu açıqlayıb

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində bir hərbçisinin həlak oldğunu, daha birinin isə yaralandığını açıqlayıb.

Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Daha sonramayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.

Ermənilər həmçinin D-30 toplarından və zərbə PUA-larından istifadə etməyə başlayıb. Bu gün Azərbaycan ordusunun bölmələri ermənilərin zərbə PUA-larını vaxtında aşkar edərək, radioelektron mübarizə vasitələrinin tətbiqi ilə onları hədəfə çatmadan zərəsizləşdiriblər.

banner

Oxşar Xəbərlər