İndoneziya sahillərində güclü zəlzələ olub
![İndoneziya sahillərində güclü zəlzələ olub](https://kaspi.az/storage/posts/large/WeLKvj27s7e1azNuqfUipRiDDtcBK6zx1R94cdYG.jpg)
İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, yeraltı təkanların episentri 144 min insanın yaşadığı Qorontalo şəhərindən 112 km cənub-şərqdə yerləşib.
Zəlzələ ocağının dərinliyi 10 kilometr olub.
İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.
![banner](/images/kaspibanner.jpg)