• cümə, 29 Mart, 12:15
  • Baku Bakı 14°C

İlham Əliyev ukraynalı həmkarına başsağlığı verdi

18.01.23 22:45 721
İlham Əliyev ukraynalı həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması ilə əlaqədar Ukrayna Prezidenti Volodimir Zelenskiyə başsağlığı məktubu ünvanlayıb.

Kaspi.az xəbər verir ki, məktubda deyilir: “Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi”.

Dövlətimizin başçısı bu faciə ilə əlaqədar Volodimir Zelenskiyə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

banner

Oxşar Xəbərlər