• çərşənbə axşamı, 05 mart, 04:27
  • Baku Bakı 2°C

İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

02.02.23 16:42 324
İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə başsağlığı verib.

"Kaspi"nin xəbərinə görə, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Peşəvər şəhərindəki məsciddə törədilmiş partlayış nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!"

banner

Oxşar Xəbərlər