çərşənbə, 29 Mart, 15:02

Baku Bakı 18°C

İlham Əliyev BƏƏ-yə işgüzar səfərə gedib - VİDEO

icon 423 icon 15 yanvar 2023 | 12:40 İlham Əliyev BƏƏ-yə işgüzar səfərə gedib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

Kaspi.az xəbər verir ki, Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıblar.