bazar ertəsi, 04 iyul, 09:48

Baku Bakı 23°C

İlham Əliyev Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq sazişini təsdiqləyib

icon 86 icon 25 may 2022 | 15:40 İlham Əliyev Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq sazişini təsdiqləyib

Azərbaycan Müdafiə Nazirliyi ilə Latviya Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədə əsasən, 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.