• cümə, 29 Mart, 19:42
  • Baku Bakı 14°C

İçərişəhərdə "Bayram Qalası" keçiriləcək

15.03.23 18:30 848
İçərişəhərdə "Bayram Qalası" keçiriləcək

Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən, yerli sakinlərin və ziyarətçilərin asudə vaxtının bayram günlərində maraqlı və səmərəli keçməsi məqsədilə "Bayram Qalası" günləri baş tutacaq.

Tədbirlərə ilk olaraq 19.03.2023-cü il tarixində saat 13:00-da #QoşaQala meydanında quraşdırılacaq səhnədə konsert proqramı ilə start veriləcək. “Bayram Qalası” günləri 26 mart tarixinə qədər saat 12:00-dan 22:00-dək davam edəcək.

Həmin günlər ərzində qurama, rəssamlıq, nano art, keramika kimi sənətkarlıq nümunələri üzrə əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək və həmin məhsullardan ibarət yarmarkalar təşkil olunacaq. Tədbirlərdə, həmçinin, milli mətbəx nümunələri hazırlanacaq və milli kinomuzun incilərindən səhnəciklər nümayiş olunacaq.

Bayram günlərinin proqramı aşağıdakı sosial şəbəkə hesablarından (instaqram: icherisheher_living_history, facebook: İÇƏRİ ŞƏHƏR-LİVİNG HISTORY) tanış ola bilərsiniz.

banner

Oxşar Xəbərlər