• cümə axşamı, 28 mart, 14:10
  • Baku Bakı 16°C

Güclü yağış və sel Daşkəsəndə fəsadlar törədib, elektrik enerjisinin verilməsi dayanıb

26.05.23 11:45 342
Güclü yağış və sel Daşkəsəndə fəsadlar törədib, elektrik enerjisinin verilməsi dayanıb

Daşkəsən rayonuna yağan leysan yağışlar və dolu bir neçə kəndlərdə fəsadlar törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarından başlayaraq yağan leysan yağışlar və dolu səbəbindən rayonun Qabaqtəpə, Kəmərqaya, Almalı və Bayan kəndlərində fəsadlar yaranıb.

Kəmərqaya kəndində vətəndaşa məxsus evin divarı uçub, bir neçə evin isə dam örtüyü zərər görüb.

Kəskin hava şəraiti səbəbindən 200 metr uzunluğunda qaz xətti zərər görüb, 2 transformatorun yanması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb.

Əkin sahələrinə, təsərrüfata ziyan dəyib. Ərazilərə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub.

Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılıb. Hazırda dəymiş ziyan hesablanır.

banner

Oxşar Xəbərlər