• çərşənbə, 24 Aprel, 17:37
  • Baku Bakı 27°C

Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb, bəzi yaşayış məntəqələri işıqsız qalıb

11.01.23 11:30 808
Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb, bəzi yaşayış məntəqələri işıqsız qalıb

Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb, bəzi yaşayış məntəqələri işıqsız qalıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonunda güclü qar bir sıra fəsadlar törədib.

Belə ki, rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 30 santimetrə qədər çatıb.

Yerli sakinlərin sözlərinə görə, qar rayonun Buravar, Badamağac, Əsədli, Ləkin, Musalı, Şatırlı və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.

Qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb. Nəticədə sözügedən kəndlərin rayonla əlaqəsi kəsilib.

Zəhmətabad kəndində elektrik xətlərinin qırılması nəticəsində bir sıra yaşayış məntəqələri işıqsız qalıb.

Hazırda rayonun ucqar dağ kəndlərində küləklə müşayiət olunan güclü qar yağışı daha intensiv şəkildə davam edir.

banner

Oxşar Xəbərlər