• çərşənbə axşamı, 05 mart, 04:03
  • Baku Bakı 2°C

“Göyqurşağında Novruz macərası” tamaşası nümayiş etdirildi - FOTOLAR

18.03.23 16:22 955
“Göyqurşağında Novruz macərası” tamaşası nümayiş etdirildi - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Kino həftəsi” layihəsi çərçivəsində uşaqlar üçün “Göyqurşağında Novruz macərası” tamaşası nümayiş etdirilib. Yeni səhnə əsərinin təqdimatına 6-11 və 11-14 yaş aralığında şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, aztəminatlı ailələrin övladları cəlb olunub.

Mərkəzdən Kaspi.az-a bildirilib ki, Azərbaycan İncəsənət Məktəbinin yaradıcı heyəti tərəfindən səhnələşdirilən tamaşaya mərkəzdəki təlim prosesini başa vurmuş uşaq və yeniyetmələr də daxil olmaqla, ümumilikdə 100 nəfərdən çox benefisiar baxıb. Səhnə əsərinin müəllifi Elvin Nuri, quruluşçu rejissoru Racu Şıxlıdır. Tamaşadakı hadisələr Novruz bayramı ərəfəsində absurd məkanda baş verir. “Göyqurşağında Novruz macərası” tamaşasının rəmzi personajları azyaşlı tamaşaçılara Novruz bayramının atributlarını, adət-ənənələrini aşılayır. Pyesə əlavə edilən folklor nümunələri, deyişmələr, haxıştalar və Novruz oyunları tamaşaçıları hadisələrin iştirakçısına çevirir. Əsərin nümayişindən sonra yaradıcı heyət səhnəyə dəvət olunub, onlara təşəkkürnamə və sertifikatlar təqdim edilib.

banner

Oxşar Xəbərlər