• çərşənbə axşamı, 23 aprel, 03:30
  • Baku Bakı 19°C

“Göyçənin ilmələrə köçən sirləri” - VİDEO

30.05.23 21:15 11945
“Göyçənin ilmələrə köçən sirləri” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında “Göyçənin ilmələrə köçən sirləri” adlı veriliş efirə gedib.

“Qoşabulaq xalçası: dağılan elin sirli ilmələri” adlı verilişdə Qərbi Azərbaycanın tarixi bölgələrindən biri olan Göyçə mahalının təbiəti, quruluşuna, coğrafi mövqeyinə görə bütün digər mahallardan seçilməsi və etnoqrafik baxımdan çox zəngin bir yer olması göstərilir.

Bildirilib ki, adı “Kitabi Dədə Qorqud”da adı çəkilən Göyçə mahalının yer-yurd adları bax bu torpağın hələ qədimdən insan məskəni olduğunu və türklərin burada yaşadığını, folklor nümunələri, incəsənət yaratdığını bir daha sübut edir.

Süjetdə Göyçə mahalının, Basarkeçər rayonunun Qoşabulaq kənd sakini, hazırda Göygöl rayonunun Göyçəkənd (keçmiş adı Əblə) kəndində yaşayan Nərgiz Həsənova xatirələrini bölüşür, qədim Oğuz-türk yurdunun xalçaçılıq ənənələrindən danışıb.

Aparıcı diqqətə çatdırır ki, Qoşabulaq kəndi və oranın xalçaçılığı xüsusi unikallığı ilə seçilir: “Biz gördük bu ənənəni yaşadan insanlar var. O xalçaları göz bəbəyi kimi qoruyub bax bu gün bizə çatdıran, bu informasiyanı bizə ötürən, bu gizli kodları, açılışları bizə çatdıran insanlar var. Bütün bunların içərisində bir vətən sevgisi, yurd sevgisi, yurdu ocağı qorumaq çağırışı var. Bu gün bizim üzərimizdə duran əsas vəzifələrdən biri də öz tarixi torpağımız Göyçəni unutmamaq, yaşatmaq, yaddaşlara salmaq. Elə Qoşabulaq kəndinin sakinləri də bu yaddaşı saxlamaq üçün hər il ilin bir günü toplaşır və öz gözəl günlərini öz gözəl anlarını, Göyçədə keçən günlərin xatirəsini, saz söz sənətini, el sənətini yaşadıb təbliğ elədilər, çatdırdılar. Bu gün də çatdırırlar. Nəsildə-nəsilə keçən bu informasiya öz zənginliyi ilə seçilir. Həm də bu bizim qayıdış tariximizdir. Göyçə mahalının Qoşabulaq kəndinin gözəl günləri bizi yenidən gözləyir. Bu bizim tarixi haqqımızdır. Bu haqqı yaşatmaq üçün də naxışlarda gizlənən sirli tarixi keçmişimizi gələcəyə çatdırmağı da bacarmalıyıq. Göyçənin gözəl günləri və xalçaları gələcək nəsillərə də bir ərmağan olsun.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

banner

Oxşar Xəbərlər