• cümə axşamı, 26 dekabr, 17:43
  • Baku Bakı 10°C

"Google" xəritəsinin Qarabağ hissəsinin yenilənməsi üçün işlərə başlanılıb

10.08.22 13:30 7679
"Google" xəritəsinin Qarabağ hissəsinin yenilənməsi üçün işlərə başlanılıb

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “4MAPS Bilgi Teknolojileri” MMC tərəfindən işğaldan azad edilmiş ərazilərlə bağlı “Google” və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün işlərə başlanılıb.

“Report”un Agentliyə istinadən verdiyi məlumata görə, xəritələrin yenilənməsində və 3D xəritənin hazırlanmasında “LİDAR” cihazından istifadə olunur. Yaxın vaxtlarda onlayn xəritələrdə Qarabağda yerləşən şəhərlərin, kəndlərin, küçələrin və digər obyektlərin adlarının Azərbaycan dilində göstəriləcəyi gözlənilir.

Qeyd edək ki, “4MAPS Bilgi Teknolojileri” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Sənaye Parkının 1,5 hektarlıq ərazisində “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. “4MAPS Bilgi Teknolojileri” MMC “Apple Maps” və “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir.

Şirkətin əsas fəaliyyət sahəsi xəritələrlə bağlı coğrafi məlumatların toplanılması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə, həmçinin, proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin göstərilməsi planlaşdırılır. Layihənin reallaşdırılması ilə Azərbaycanda Şərqi Avropa, Gürcüstan, MDB və Orta Asiya ölkələri üçün xəritələrin formalaşdırılması mərkəzi (prosessinq mərkəzi) fəaliyyət göstərəcək.

banner

Oxşar Xəbərlər