• çərşənbə axşamı, 16 aprel, 20:30
  • Baku Bakı 18°C

Fransanın “Arte” telekanalında Qarabağın bərpasına həsr olunmuş film nümayiş olunub - VİDEO

25.03.23 16:00 443
Fransanın “Arte” telekanalında Qarabağın bərpasına həsr olunmuş film nümayiş olunub - VİDEO

Fransanın “Arte” telekanalı “Qarabağ, qayıdış vaxtı” adlı film nümayiş etdirib.

Trend-in məlumatına görə, filmdə Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa işlərindən bəhs edilir. İnsanların rifahının təmin olunması üçün bu rayonlarda quruculuq işlərinin sürətlə aparıldığı vurğulanır.

Telekanalın Azərbaycanda səfərdə olan jurnalistləri Qarabağdakı mövcud vəziyyətlə yanaşı, sülh prosesindən də danışırlar.

Filmdə qeyd olunur ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı danışıqlarda son vaxtlar durğunluq müşahidə edilir.

Trend həmin videomaterialı oxuculara təqdim edir:

banner

Oxşar Xəbərlər