• cümə, 29 Mart, 16:46
  • Baku Bakı 14°C

Fransada tarixin ən böyük yanğınlarından biri davam edir

10.08.22 16:30 626
Fransada tarixin ən böyük yanğınlarından biri davam edir

Fransanın Jironde bölgəsində ölkə tarixində ən böyük yanğınlardan biri yaşanır.

“Report” xəbər verir ki, məlumatı “Le Parisien” yayıb.

Bildirilib ki, Fransanın cənub-qərbində yerləşən Hostens qəsəbəsi ətrafında şam meşəsində yanğın baş verib. 6 min hektar meşənin söndürülməsinə 500-dək yanğınsöndürən cəlb edilib. Hadisə ilə əlaqədar 3 800 nəfər təxliyə edilib.

Məlumata görə, iyulun 12-də başlayan və 14 min hektar meşə sahəsini əhatə edən yanğın hələ də nəzarət altına alınmayıb.

banner

Oxşar Xəbərlər