• çərşənbə, 24 Aprel, 09:09
  • Baku Bakı 13°C

“Firidun bəy Köçərli- 160” adlı tövsiyə vəsaiti təqdim edilib

29.03.23 11:30 474
“Firidun bəy Köçərli- 160” adlı tövsiyə vəsaiti təqdim edilib

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının  Ölkəşünaslıq və Milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin 160 illik yubileyi münasibətilə hazırlanan “Firidun bəy Köçərli- 160” adlı tövsiyə vəsaiti virtual rejimdə  istifadəçilər üçün təqdim edilib.
F.Köçərlinin  müdrik deyimləri və görkəmli şəxslərin F.Köçərli haqqında fikirləri yer alıb. Giriş hissəsində isə F.Köçərlinin fəaliyyətindən bəhs edilib. Tövsiyyə biblioqrafiyasında 2014-2022-ci illərdə F.Köçərli haqqında yazılan kitablar, məqalələr və s. materiallar yerləşdirilib.                                                                                                                                  
Təqdim edilən vəsait  kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçiər üçün nəzərdə tutulub.

Tövsiyə vəsaiti ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz:

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/milli-edebiyyat/tovsiye-biblioqrafiyasi/firidun-b-y-koc-rli-160

banner

Oxşar Xəbərlər