çərşənbə, 29 Mart, 11:11

Baku Bakı 12°C

Ermənistanda Rusiya hərbi bazasının qarşısında yenidən aksiya keçirilib

icon 399 icon 29 yanvar 2023 | 17:30 Ermənistanda Rusiya hərbi bazasının qarşısında yenidən aksiya keçirilib

Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qarşısında yenidən nümayiş keçirilib.

“Report” xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Etirazçılar bildirib ki, Rusiya Ermənistanın üzləşdiyi problemlərin həllində qeyri-aktivdir.

“Milli-demokratik qütb” təşkilatının təşkil etdiyi mitinqdə 100-ə yaxın insan iştirak edib. Qeyd edək ki, bundan əvvəl Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada 100-dən çox adam saxlanılmışdı.