• şənbə, 27 Aprel, 05:30
  • Baku Bakı 14°C

Ermənistanda etirazlardan sonra 10-dan çox cinayət işi başlanıb

14.05.22 09:00 525
Ermənistanda etirazlardan sonra 10-dan çox cinayət işi başlanıb

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə davam edən etiraz aksiyalarından sonra 12 cinayət işi başlanıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Cinayət işləri ibtidai istintaq orqanları tərəfindən döymə, xuliqanlıq, nümayəndəyə qarşı zor tətbiq etmə, zorakılığa ictimai çağırışlar maddələri üzrə açılıb.

Qeyd olunur ki, cinayət işi üzrə ümumilikdə 14 nəfərin adı çəkilir, onlardan 7-si məhkəmənin qərarı ilə həbs edilib, daha bir neçəsi barəsində isə istintaq həbs-qətimkan tədbirinin seçilməsini xahiş edir.

Aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir.

banner

Oxşar Xəbərlər