Ermənistan ordusunun əsgəri ağır güllə yarası alıb
![Ermənistan ordusunun əsgəri ağır güllə yarası alıb](https://kaspi.az/storage/posts/large/CEnXRDqhGOfBASh0FDUiRQoNs5KDkWF6oIENj5cg.jpg)
Ermənistanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. İlkin məlumata görə, hadisə dünən olub. N saylı hərbi hissənin qulluqçusu silahla davranış qaydalarının pozulması nəticəsində güllə yarası alıb. Hərbçinin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.
![banner](/images/kaspibanner.jpg)