• çərşənbə, 08 May, 04:22
  • Baku Bakı 13°C

Ermənistan müxalifəti xaricdəki havadarlarından yardım istəyəcək

06.06.22 10:45 774
Ermənistan müxalifəti xaricdəki havadarlarından yardım istəyəcək

Ermənistanda bir neçə gündür davamlı etiraz aksiyaları keçirən müxalifət fəalları xaricdəki havadarlarından yardım istəyəcək.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. “Ermənistan” fraksiyasının feysbuk səhifəsinin məlumatına görə, müxalifətin növbəti mitinqi iyunun 6-da saat 19:00-da “Fransa” meydanında baş tutacaq.

“Müqavimət” hərəkatının liderlərindən biri, müxalif “Ermənistan” fraksiyasından olan vitse-spiker İşxan Saqatelyan deyib ki, hərəkat qarşıdan gələn həftəyə hazırlaşır. O əlavə edib ki, həftə Ermənistana çoxsaylı beynəlxalq nümayəndə heyətləri gələcək və bu istiqamətdə işlər aparılacaq.

Qeyd edək ki, iyunun 3-də İrəvanda aksiyaçılarla polislər və “qırmızı beretlilər” arasında toqquşma olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları dəyənəklərdən və yüngül səsli qumbaraatanlardan istifadə ediblər. Kütləvi iğtişaşların təşkili faktları ilə bağlı cinayət işi başlanıb. Toqquşmalar zamanı polis əməkdaşları da daxil olmaqla 60 nəfər xəsarət alıb.

banner

Oxşar Xəbərlər