• çərşənbə axşamı, 23 aprel, 02:16
  • Baku Bakı 19°C

Erməni vandalizmi ilə yaşanan tarix

23.05.23 14:20 1400
Erməni vandalizmi ilə yaşanan tarix

Oğuz yurdu Göyçə mahalı Basarkeçər rayonu Kərkibaş kəndi  Hacı Hasan (1818-1915) babamızın nəticəsi (Molla Həmidin həyat yoldaşı) 100 yaşlı Qizbəs nənə (1891-1991) həyatında 6 dəfə qaçqınlığı görüb və yaşayıb. 1893 və 1905-ci illərdə Çar Rusiyası tərəfindən Gədəbəyə, 1918-1920-ci illərdə daşnaklar tərəfindən yenidən Gədəbəyə, Çaxırlının üstündəki Qızıldağın ətəyinə, 1948-1953-cü illərdə Mikoyanın təşəbbüsü və Stalinin qərarı ilə Ucar rayonunun Qazyan kəndinə, 1988-ci ildə Qorbaçovun separatizmi körükləyən siyasəti nəticəsində Qərbi Azərbaycandan Bakıya deportasiya olunub.

100 yaşlı Qizbəst nənənin deməsinə görə, Göyçə mahalının Qaraimanından dövlət nümayəndəsi Kərbəlayı Musa oğlu Məşədi İsa, Zoddan Vəli oğlu Səmədağa, Şişqayadan Məhərrəm oğlu dövlət sərkərdəsi Kor Tanrıverdi, Daşkənddən Göyçənin Koroğlusu Hacı Rəhim və Aşıq Nəcəf, Göyçənin ağsaqqalları – Daşkəndli Mədət, Zodlu Məcid olduqca igid, mərd, cəsarətli adamlar idi.

100 yaşlı Qizbəst nənənin deməsinə görə, Hacı Rəhim Selikovun 125 baş mal-qarasını (Sulikovun bizdən oğradıqları mal-qara) Göyçədən Kəlbəcərə apartdırır. Sulikov bundan xəbər tutur. Nikolaya məktub yazıb göndərir ki, Hacı Rəhim haqqında tədbir görülsün və öldürülsün. Hacı Rəhim bunu eşidir,Kürdüstana qaçır, bir neçə ay orada qalır. Lakin qəribsizliyə dözə bilmir. Oradan Daşkəndə qayıdır. Daşkənd ağsaqqalları bunu görüb çox təəccüblənir. Deyirlər ki, Sulikov səni öldürtdürəcək.

O dövrdə Göyçə mahalı Basarkeçər rayonunun qubernatoru Səfər oğlu Hovannes (Avanes) idi. Göyçə mahalının Koroğlusu Hacı Rəhimdən Sulikov və Andranik çox qorxurdular.

Basarkeçərdə erməni Səfər oğlu Avanes hörmətli insanlardan biri idi. Sulikov və Andranik onunla hesablaşırdılar. Səfər oğlu Avanes Nikolayın çox yaxın adamlarından biri idi. Bunu bütün İrəvan çuxuru bilirdi. Səfər oğlu həm də Hacı Rəhimin atası Axund Şəfi ilə yaxın dost idi.

Hacı Rəhim Daşkənd ağsaqqallarına dedi ki, mən Basarkeçərdə Səfəroğlu Avaneslə görüşüb, bu əhvalatı ona deyəcəm. Daşkənd ağsaqqalları – Hacı Nağı, Mədət kişi, Hacı Allahverdi çox nigaran idilər. Hacı Rəhim heçnədən çəkinmədən yatmaq vaxtı özünü Basarkeçərə – Səfəroğlu Avanesin qapısına çatdırdı. Xoşbəxtlikdən qapıya qədər heç kimlə rastlaşmadı. Atı qapıya yaxın sürüb qamçının sapı ilə qapını döydü. Avanes qapıya çıxanda bərk çaşdı. Hacı Rəhimi görəndə az qaldı ürəyi ağzından çıxsın. Avanesin arxasınca bayıra çıxan Knarik arvad üzəngidə Hacının ayaqlarını qucaqladı.

Hacı dedi:

- Mən buraya həmişəki kimi, yəni bir dost kimi gəlmişəm, qorxmayın. Ancaq istəyirsinizsə, mən bu evə sakit gəlim-gedim, Sulikovu başa salın ki, mənim adımı çəkməsin, məni soraqlamasın. Bilirəm, Sulikov sizin sözünüzdən çıxan deyil, onun malını da qaçaqlar aparıb. İşin nəticəsini Daşkənddə Nağı bəyə çatdırarsan. Bir ay sənə vaxt verirəm.

Avanes ilə Knarik – hər ikisi dizüstə qatlanıb eyni vaxtda dedilər, yəni, bəli. Avanes, Knarik bildirdilər ki,Hacı Rəhimin bir sözü iki ola bilməz. Əgər olsa, deməli, bu ev başımıza uçmalıdır. Odur ki, Sulikovu bu fikirdən yayındırmalı idilər.

Avanes Sulikovun dilindən kağız alıb Nikolaya göndərir ki, bu maldan Hacı Rəhimin xəbəri yoxdur. Qaçaqlar oğurlayıb. Qaçaqlar haqqında tədbir görülsün. Hacı Rəhimlə Nikolayın və Sulikovun işi yoxdur. Bundan sonra Hacı Rəhim öz doğma kəndi Daşkəndə qayıdıb gəlir.

Sulikovun qəddarlığı onun ömrünə son qoydu. Yaşlılar deyərdilər ki, Hacı Rəhim Sulikovun xəncəri ilə onun başını bədənindən ayıranda o “Nikolay, Nikolay”, gah da “arpa, arpa” deyərmiş. Sulikov bu deməklə son anda Nikolayı köməyə çağırıb, “Arpa, arpa”deməklə müsəlman kəndlərindən erməni atlarına arpa istəyirdi.

Göyçə mahalının ağsaqqalı, Zeynalabdin müəllimin deməsinə görə yadımdadır, atamla ( Mahmud) , əmilərim ( Süleyman, Molla Həmid, Cabbar) deyirdilər ki, Osmanlı Ənvər paşa olmasaydı, ermənilər bizi dənizə tökərdilər, nəslimizi kəsərdilər.Osmanlı qoşunlar Bakıya qədər yürüş edib, azərbaycanlıları labüd ölümdən xilas etdilər.

Molla Həmid əmimin ( Zeynalabdinin) həyat yoldaşı yüz yaşlı Qizbəs nənə deyərdi ki, babalarımın , özümün canı qırmızı şalvar Osmanlı əsgərinə qurban olsun. Bizə beycins deyə- deyə paltar, yeməli şeylər , tüfəng verdilər. Bizə ürək- dirək verib Şino yavrum deyirdilər. Biz isə türk əsgərlərinə canım sizə fida olsun (canfida) deyərdik.Deyirdilər ki, qorxmayın türk qardaşlarınız ermənilərin burnunu ovacaqlar.

Doğurdan da türklərin gəlişi ilə elə bil qurbağa gölünə daş atdılar, ermənilər öz qınlarına çəkildilər. Amma yenə ürəklərində türklərə , bizlərə qarşı kin- küdurət saxlayırdılar. Mən bunu ( Zeynalabdin) daha sonralar dərk etdim . Cəlil əminin öldürdüyü İsacanın oğlu nəvəsinin adını İsacan qoymuşdur. Ermənilər onunla fəxr edirdilər:

-    İsacan erməni xalqının qəhrəmanıdır.

Nədi, nədi İsacan. İfrat millətçi qəddar erməni idi . O, boya –başa çatandan sonra Basarkeçər rayonunda  partiya komitəsində şöbə müdiri, daha sonra rayon maarif  şöbəsinin müdiri işləyirdi. Mən əvvəllər məktəb direktoru işləmişdim. İsacanın dövründə isə müəllim işləyirdim.

Bizim nəsildən olan  hər hansı birini  vəzifəyə seçmək və təyin etmək istəyəndə bu alçaq erməninin elə bil beyninin qurdu tərpəniridi.

-    Bu filankəsi siz tanıyırsınızmı?

Başqa bir erməni təəccüblə ona ( mənə) baxıb deyirdi

-    Bu , yaxşı qabilliyyətli oğlandır ( atam Zeynalabdin)  
-    Yox , siz onu yaxşı tanımırsız. Onun əmisi Cəlil erməni xalqının düşmənidi.  O mənim babam İsacanı, daha iki ermənini öldürmüşdür.
-     Düz deyirsən?
-    Bəli,mən düz deyirəm  bu oğlan  ( Zeynalabdin) düşmən nəsildəndir. 
-    Belələrindən beynəlmiləlçi olmaz . Bu işə başqasını təyin etmək lazımdır.

Eyni zamanda bu sözlər Cəlil əmimin (Zeynalabdinin) oğlu Səfərə də aid etmək olar. Səfər 5 il Böyük Vətən müharibəsində vuruşmuşdur. Böyük Vətən müharibəsinin veteranı – ikinci qrup əlilidi. O da əvvəllər məktəb direktoru , sonralar müəllim işləmişdir. Minasyanın Səfəri görməyə gözü yox idi. O iclaslarda deyərdi ki, Səfərin atası Cəlil mənim babam İsacanı 1918 –ci ildə öldürmüşdür, bizim qatil düşmənimizdir.

1988 –ci ilin dekabrın əvvəlində Minasyan atam Zeynalabdini rayonda daşnaqlara – saqqallı kirovakanlara öldürtmək istəyir, atam duyuq düşüb oradan tez qaçıb gedib.

İsacan Minasyan Basarkeçər rayonunda həm də daşnaqsütün partiyasının sədri idi. Bəli, İsacan Minasyan kimi zatıqırıq ermənilər düşmənçilik siyasəti yeridir, ermənilərin gözündə bizi, türkləri cəllad səviyyəsinə qaldırırlar.

Xalq şairi Hüseyn Arif   1988- ci ildə “Göyçəlilər, dağılmayın Göyçədən” şeirini poçt vasitəsi ilə Bakıdan Göyçəyə atam Zeynalabdinə göndərmişdi. Bu şeirə cavab olaraq Bala Məzrəli  Məznun Göyçəli “Dağılmarıq Göyçədən” şeirini yazib Hüseyin Arifə cavab olaraq göndərmişidi. Atam bu şeirləri Göyçə mahalının Basarkeçər rayonunun məktəblərinə göndərib və təbliğ etmişdir. Minasyan atama bu şeirləri təbliğ etdiyinə görə şiddətli sürətdə partiya töhməti vermişdir, hətta atamı daşnaqlarla hədələmişdi.

İndi isə Hüseyn Arifin və Məznun Göyçəlinin bu şeirlərini qısa şəkildə verməyi məqsədə uyğun bildik:

Göyçə qədim, Göyçə ulu Göyçədi,
Göyçəlilər, dağılmayın Göyçədən.
Var-dövlətli, mal-qoyunlu Göyçədir,
Göyçəlilər, dağılmayın Göyçədən.

...Göyçə eli şöhrətidir ellərin,
“Göyçə gülü” əzbəridir dillərin,
Göyçə gölü göyçəyidir göllərin,
Göyçəlilər, dağılmayın Göyçədən.

...Aləm bilir, hər hörmətim sizədir,
Dədə-baba məhəbbətim sizədir,
Mən Arifəm, vəsiyyətim sizədir,
Göyçəlilər, dağılmayın Göyçədən.

... Ürəyimiz köklənibdi söz üstə,
“Göyçə gülü” bir-bir ötər saz üstə,
Qonaq gəlin, yeriniz var göz üstə, -
Hüseyn Arif, dağılmarıq Göyçədən.

... Burda kökük, orda pöhrə, budağıq,
Od oğluyuq, od yurduna dayağıq.
Təbriz yatmır, bu səbəbdən oyağıq -
Hüseyn Arif, dağılmarıq Göyçədən!

... Ocaqyalı”, “Sarı nərə” həyandı,
Bir ah çəkdim - “Həsənbaba” oyandı!
Ulu Göyçə gözəlliyə qalandı -
Hüseyn Arif, dağılmarıq Göyçədən!

Əmiraslan Göyçəli

Qərbi Azərbaycan İcmasının üzvü

banner

Oxşar Xəbərlər