• cümə, 29 Mart, 17:05
  • Baku Bakı 14°C

Elxan Yurdoğlunun yeni kitabı işıq üzü gördü - FOTOLAR

19.11.22 21:17 1207
Elxan Yurdoğlunun yeni kitabı işıq üzü gördü - FOTOLAR

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Elxan Məmmədovun (Yurdoğlu) sayca 15-ci kitabı işıq üzü görüb.

"Kaspi.az" xəbər verir ki, bədii, elmi, publisistik kitablar müəllifi Elxan Yurdoğlu 20 ildir üzərində işlədiyi, 400 səhifəlik "Yurdçu və yurdçulular" kitabını çap etdirib.

Müəllifin yeni kitabında doğulub boya-başa çatdığı Kəngərli rayonunun Yurdçu kəndi haqqında ağıla gələcək bütün məlumatlar toplanıb.

O, "Facebook" sosial şəbəkə hesabında kitab haqqında bunları yazıb: "20 ildir üzərində işlədiyim, 400 səhifəlik "Yurdçu və yurdçulular" müəllifi olduğum sayca 15-ci kitabımdır. Bir kənd haqqında ağıla gələcək bütün məlumatları bir yerə yığmaq səbr, təmkin, zaman, fədakarlıq, zəhmət və qələm istəyirdi. Bilmirəm, buna nə dərəcədə nail oldum, amma hər halda 20 ildir topladığım qeydləri, məlumatları, bilgiləri, faktları, sənədləri, fotoları və daha nələri ümumiləşdirməyə çalışdım. Vətənə, millətə xeyirli olsun!".

Qeyd edək ki, kitabın nəşr olunmasına Rusiya Federasiyasında yaşayan Qabil Məmmədov və Amerikada yaşayan Elçin Məmmədov maddi dəstək veriblər.

banner

Oxşar Xəbərlər