• çərşənbə axşamı, 19 mart, 07:38
  • Baku Bakı 8°C

“Düşüncələrimin kölgəsi” kitabının təqdimatı keçirilib

04.02.23 13:08 1512
“Düşüncələrimin kölgəsi” kitabının təqdimatı keçirilib

Bu gün AMEA Mərkəzi Elmi Kitabaxanasında Rüstəm Dastanoğlunun “Düşüncələrimin kölgəsi” kitabının təqdimat mərasimi keçirilib.

Kaspi.az xəbər verir ki, kitab 2022-ci ilin dekabrında “Qanun” nəşriyyatında işıq üzü görüb. 216 səhifədən ibarət kitabda müəllifin hekayələri, esseləri, publisistik məqalələri, müsahibələri və başqa yaradıcılıq nümunələri toplanıb. Kitabın ön sözünün müəllifi Orxan Fikrətoğlu, redaktoru Araz Yaquboğlu, korrektoru isə Asifə Əfəndiyevadır.

Rüstəm Dastanoğlu mətninin özəlliyi ilk növbədə dilin, təhkiyənin, sətiraltı mənanın dastan ənənəsində və ruhunda yaşadılması, dastan üçfəzalılığının realist fəzada qorunmasıdır. Ən realistik mətndə belə Rüstəm yerin altını, göyün üzünü və yerin üstündəki real həyatı eyni zamanda və ovqatda birləşdirə bilir.

Onu da əlavə edək ki, Rüstəm Dastanoğlu 16 noyabr 1960-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Bakıda 5 nömrəli kimya-biologiya təmayüllü məktəbi və Ukraynada Kiyеv Politехnik İnstitutunun atom fizikası ixtisasını bitirib. Müxtəlif illərdə ayrı-ayrı vəzifələrdə işləyib. Yazıçı Rüstəm Dastanoğlu 2022-ci ildə “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunub. 

banner

Oxşar Xəbərlər