• cümə, 26 Aprel, 00:31
  • Baku Bakı 16°C

Dünyanı qoru, gələcəyini qoru!

17.05.23 15:00 1222
Dünyanı qoru, gələcəyini qoru!

Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü  ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il isə Beynəlxalq Muzeylər günü “Muzeylər, dayanıqlılıq və rifah” devizi altında keçirilir.

Gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək və onlara qarşı mübarizəyə təşviq etmək məqsədi ilə mayın 17-də Leopold və Mstislav Rostropoviçlərin Ev–muzeyində “Dünyanı qoru, gələcəyini qoru!” adlı tədbir keçirildi. İlk öncə tədbir iştirakçıları  muzeyin maraqlı ekspozisiyası ilə tanış oldular. Qonaqları salamlayan muzeyin icraçı rəhbəri Günay Əliyeva qeyd etdi ki, “Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün öz bəhrəsini verir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər H.Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, o cümlədən köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub. Məhz Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra paytaxt Bakının yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verilib. Hal-hazırda prezidentimiz İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir.”

Çıxışdan sonra ekologiya, plastik tullantılar, təbiətin müdafiəsi kimi mövzuları əks etdirən məlumat xarakterli animasiya filmləri nümayiş olundu. Qonaqlara “Özüm uşaq inkişaf mərkəzi”nin şagirdlərinin “Ana təbiət, canlı aləm!” adlı mövzuda çəkdikləri rəsmlərdən ibarət maraqlı sərgi təqdim olundu. Tədbirin bədii hissəsində 189-190 saylı orta məktəbin şagirdinin ifasında “Elegiya” əsəri səsləndirildi.

Tədbirdə qonaq qismində 189-190 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak etdi.

banner

Oxşar Xəbərlər