• çərşənbə axşamı, 23 aprel, 19:58
  • Baku Bakı 20°C

Dünyada COVID-19-a yoluxanların sayı 645 milyonu ötüb

04.12.22 14:30 573
Dünyada COVID-19-a yoluxanların sayı 645 milyonu ötüb

Bazar günü səhərə dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 645 milyon 19 min 571-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb. Dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 640 min 437 nəfər COVID-19-a yoluxmanın nəticələrindən dünyasını dəyişib. 30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var. Xəstəliyə yoluxanların və infeksiyanın nəticələrindən ölənlərin sayı: ABŞ - 98 milyon 967 min 906 və 1 milyon 81 min 431. Hindistan - 44 milyon 674 min 390 və 530 min 627 (şənbə səhəri məlumatı). Fransa - 38 milyon 174 min 893 və 160 min 133 (şənbə səhəri məlumatı). Braziliya - 35 milyon 337 min 546 və 690 min 74 (şənbə səhəri məlumatı). Almaniya - 36 milyon 557 min 861 və 158 min 198 (şənbə səhəri məlumatı). Dünyada baş verən mühüm hadisələrlə bağlı statistik məlumatlar üzrə ixtisaslaşan “Worldometer” portalının məlumatına görə, planetdə hər 1 milyon nəfərə düşən ölüm göstəricisi 852,6 təşkil edib. ABŞ-da hər 1 milyon əhaliyə 3305, Hindistanda 377, Fransada 2426, Braziliyada 3205, Almaniyada 1886 nəfər ölüb.

banner

Oxşar Xəbərlər