• cümə, 29 Mart, 04:08
  • Baku Bakı 7°C

Disleksiya və onu yaradan səbəblər

05.07.22 10:15 637
Disleksiya və onu yaradan səbəblər

İnsan dünyaya gələndən müəyyən fəaliyyətləri yerinə yetirir: iməkləyir, yeriyir, danışır, oynayır və s. Lakin bəzi uşaqlarda bu adi hesab olunan fəaliyyətlərin yerinə yetirilməsi gec baş verir. Bu da onlarda disleksiya adlanan öyrənmə pozuntusunun olduğunu göstərir. Disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir yüyürtmə, riyazi qabiliyyətlərin qazanılması və istifadə edilməsi zamanı yaranan çətinliklərlə özünü göstərir.

AZƏRTAC xəbər verir ki, psixoloq Rafiq Allahverdiyev deyib: “Disleksiya diqqətin mərkəzləşməsi və yaddaş problemi əmələ gətirir. Digər bir halda həmin problemi olan uşaqlar qələmi hansı əldə tutmağı yadda saxlaya bilmirlər. Həmin uşaqlarda səsli oxuma və yazı bacarığı olmur. Disleksiya olan uşaqlar ən sadə riyazi məsələni həll edə bilmirlər. Bunu vaxtında aradan qaldırmadıqda onlar gələcəkdə 17-18 yaşdan sonra müstəqil qərarlar qəbul edə bilmirlər”.

Disleksiya anadangəlmə problem olduğu üçün uşaqlarda erkən yaşlarda özünü göstərir. Danışmanın gecikməsi, yeni sözləri gec öyrənmə, hərəkət və koordinasiya pozuntusu, istiqamət və zaman anlayışlarında çətinliklər, danışarkən düzgün sözlərdən istifadə etməmək disleksiyanın əlamətləridir. Bəzən valideynlər həmin əlamətləri normal hal kimi qiymətləndirir və uşaqlarında heç bir problem olmadığını bildirirlər. Psixoloqun dediyinə görə, disleksiya məktəblilərdə daha çox rast gəlinir: “Bəzən valideynlərin həmin halı diqqətsizliklə əlaqələndirməsi onun daha da pisləşməsinə səbəb olur. Əslində bu, neyrobioloji bir pozuntudur. Baş və beyin yarımkürəsi arasında əlaqənin itməsi, ananın hamiləlik dövründə kəllə-beyin təzyiqi yaranması və zərərli vərdişlərdən istifadə etməsi disleksiya hallarının əmələ gəlməsi ilə nəticələnir”.

Məktəb vaxtı disleksiyadan əziyyət çəkənlər hərfləri öyrənəndə, sözləri hecalara böləndə, əşyaların adını xatırlamaqda və oxumaqda çətinlik çəkirlər. Belə uşaqlar intihara da meyilli olurlar. Aşağı yaş dövründə həmin hallar aradan qaldırılmasa, böyük yaş dövründə həmin uşaqlar müstəqilı qərar qəbul edə bilmir və başqalarının təsiri altına düşür, zərərli vərdişlərin aludəçisinə çevrilə bilir. Son vaxtlar disleksiya yaranmasına təkan verən amillərdən biri infeksiyanın olmasıdır. Pandemiyanın tüğyan etdiyi dövrdən sonra virus və infeksiyalar çoxaldığına görə, həmin dövrdə hamilə olan xanımlar, 4-5 yaşlı uşaqlar yeni növ koronavirusa (COVID-19) yoluxduqdan sonra baş beyində tarazlıq pozulur”.

Disleksiyanın erkən yaşlarda diaqnozu çox vacibdir. Yalnız bu halda uşaq mütəxəssislərin köməyi ilə məktəbəqədər olan dövrdə həmin problemdən qurtulmaq olar.

banner

Oxşar Xəbərlər