çərşənbə, 05 Oktyabr, 19:50

Baku Bakı 23°C

Diaspor gəncləri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar

icon 256 icon 08 avqust 2022 | 10:00 Diaspor gəncləri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları layihənin başa çatması ərəfəsində əzəmətli Cıdır düzündə olublar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran gənclər “Azərbaycan!” “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndiriblər.

Düşərgə iştirakçıları Şuşada olduqlarına və Cıdır düzünü ziyarət etdiklərinə görə sözlə izah edilə bilməyəcək xoş və inanılmaz hisslər keçirdiklərini söyləyiblər. Onlar sıldırım qayaları qəhrəmancasına fəth edib, qədim şəhərimizi mənfur düşmənin tapdağından azad edən və xalqımıza geri qaytaran Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandana minnətdar olduqlarını vurğulayıblar. “Şəhidlərimizin ruhu şad olsun!” deyən gənclər qazilərimizə cansağlığı arzulayıblar.

Düşərgə iştirakçıları həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini də ziyarət ediblər.