"Dədə Süleyman"ın son vəziyyəti açıqlanıb
Əməkdar artist Süleyman Abdullayevin ("Dədə Süleyman") müalicəsi xəstəxanada davam etdirilir.
Bu barədə sənətkarın qızı Aygün Abdullayeva məlumat verib.
“İndi xəstəxanadadır. Düzdür, əvvəl getmək istəmirdi, amma sənətçi dostları razı sala bildi. Həkimlər deyir ki, indilik vəziyyəti yaxşıdır. Müalicəsi hazırda davam etdirilir”, - o bildirib.