• çərşənbə, 24 Aprel, 18:00
  • Baku Bakı 23°C

Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulub

01.02.23 16:30 739
Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulub

Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, yolboyu torpaq işləri, yol yatağı və yol əsasının, yolun 4,2 kilometrlik hissəsində dördbucaqlı su keçidi inşa edilib. Bundan başqa yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 suötürücü boru quraşdırılıb. Yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Sonda yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri icra olunub.

 

banner

Oxşar Xəbərlər