• cümə, 29 Mart, 05:02
  • Baku Bakı 7°C

Corc Vaşinqton Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunmuş gecə keçirilib

27.02.23 09:30 754
Corc Vaşinqton Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunmuş gecə keçirilib

ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən Corc Vaşinqton Universitetində Xocalı soyqırımının 31-ci ildönümə həsr olunmuş gecə keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Təşkilatının təşəbbüsü ilə baş tutan tədbirdə universitetin tələbə və müəllim heyyəti və Amerika ictimayyətinin nümayəndələri iştirak edib.

Gecədə Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim çıxışında qonaqlara əsrin faciəsi olan Xocalıda yaşanan haqqında qonaqlara ətraflı məlumatlar verib. Səfir Xocalı soyqırımının Azərbaycanlılara qarşı məqsədyönlü törədilmiş bir cinayət olduğunu vurğulayıb və beynəlxalq arenada hər bir ölkə tərəfindən bu aktın cinayət kimi tanınması üçün hər kəsin əlindən gələni etməsinin zəruriliyini bildirib.

Hər iki Qarabağ müharibəsi iştirakçısı və səfirliyin hərbi attaşesi Rüstəm Gözəlov çıxışında Xocalıda yaşananların insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan tarixinin ən ağır səhifələrindən biri olan Xocalıda yaşananlar unudulmamalı və bu tarixi reallıqlar haqqında amerikalı tələbələr də məlumatlanmalıdır.

Qonaqlara erməni dezinformasiyalarının qarşısının alınması məqsədilə Qarabağ və regiondakı mövcud vəziyyətlə bağlı real faktlar təqdim olunub.

Amerikalı musiqiçi, Amerikanın Muğam Cəmiyyətinin qurucusu ve rəhbəri Cefri Verbok çıxışında Xocalı qətliamını törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsi tələb edib.

Sonda C. Verbokun ifasında Xocalı qurbanlarına ithaf olunmuş solo konset proqramı baş tutub.

banner

Oxşar Xəbərlər