bazar ertəsi, 05 dekabr, 09:13

Baku Bakı 3°C

Ceyhun Bayramov və Sergey Lavrov bölgədəki vəziyyəti müzakirə ediblər

icon 384 icon 28 sentyabr 2022 | 15:15 Ceyhun Bayramov və Sergey Lavrov bölgədəki vəziyyəti müzakirə ediblər

Sentyabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə  Azərbaycan XİN-dən məlumat verib.

Nazirlər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.