• cümə, 29 Mart, 17:19
  • Baku Bakı 14°C

Ceyhun Bayramov: "ABŞ Azərbaycanın yanaşmasını yüksək qiymətləndirib"

22.09.22 16:30 655
Ceyhun Bayramov: "ABŞ Azərbaycanın yanaşmasını yüksək qiymətləndirib"

“Biz sülh gündəliyimizə sadiqliyimizi nümayiş etdirdik, sülh müqaviləsi üzrə görüşün keçirilməsi təklifimizin qüvvədə olduğunu bildirdik. Bizim bu yanaşmamız ABŞ tərəfindən də yüksək qiymətləndirilib”.

Kaspi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real TV”yə müsahibəsində deyib.

O vurğulayıb ki, rəsmi Bakı bölgədə sülh və sabitliyin bərpasını istəyir.

“Dövlət Departamentinin açıqlamasına diqqət yetirsəniz, orada da tərəflərə sülh müqaviləsi üzrə danışıqları ən qısa müddət ərzində davam etdirilməsi çağırışı var. Hətta sentyabr ayının sonunadək belə bir görüşün keçirilməsi gözləntisi və çağırışı var. Hər kəs istəyir ki, gərginlik olmasın, bölgədə sülh və əmin-amanlıq bərqərar olunsun”, - XİN başçısı vurğulayıb.

Qeyd edək ki, sentyabrın 19-da Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinken, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.

Danışıqlar BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində A.Blinkenin vasitəçiliyi ilə baş tutub.

banner

Oxşar Xəbərlər