cümə, 24 Mart, 23:33

Baku Bakı 15°C

Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldılıb

icon 124 icon 18 mart 2023 | 21:00 Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldılıb

Türkiyənin Çanaqqala şəhərində Azərbaycan şəhidləri abidəsi ucaldılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tvitter hesabında yazıb.

“Çanaqqala Zəfərinin 108-ci ildönümündə Çanaqqala Şəhidliyində türk qardaşlarımızla birlikdə bu müqəddəs torpaqda canlarını fəda edən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarətçilərin istifadəsinə verilib”, - səfir qeyd edib.

Mərasimdə bir sıra şəxslər iştirak edib.