çərşənbə axşamı, 28 mart, 00:41

Baku Bakı 14°C

Bu gün gecədən güclü külək əsəcək - XƏBƏRDARLIQ

icon 425 icon 20 fevral 2023 | 17:30 Bu gün gecədən güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 20-si axşamdan 21-i gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, fevralın 22-də 15-18 m/s, arabir 20-25 m/s cənub küləyi ilə əvəz olunacaq.

“Report” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Küləkli hava şəraiti ilə bağlı yaydığı məlumatda bildirilib.

Azərbaycanın rayonlarında fevralın 20-24-də qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.