• çərşənbə axşamı, 19 mart, 07:26
  • Baku Bakı 8°C

Bu bahar yaşıla büründüm mən

21.03.23 15:48 992
Bu bahar yaşıla büründüm mən

Bu bahar yaşıla büründüm mən...yaşıl Baharın rəmzidir, oyanış rəmzidir, yaşıl İslamın rəngidir... İslam da oyanış dinidir... Mən dinlərin rənginə baxanda onların verdiyi rəmzi mənanı da anlayıram... Məsələn mavi Yəhudiliyin, qırmızı Xristianlığın rəmzidir...

Bəzi din alimləri Novruz bayramını qeyd etməyi günah hesab edir.. Amma müqəddəs Avestanı diqqətlə oxusalar görərlər ki, Zərdüştlük Odu müqəddəs bilən və təkallahlığı təbliğ edən ilk dindir...

Novruz insan yaradılandan bəri, yaradanın ona verdiyi ikinci nəfəsdir... Bu bayramı, bu oyanışı qeyd etməməyin özü günahdır... Belə bir ifadə də var, deyərlər: ömrümün ikinci baharını yaşayıram mən...

Novruz bayramı təbiətin, ruhun, insanlığın oyanış bayramıdır, onu dinlərlə əlaqələndirib siyasi don geyindirməklə tarixdən silmək olmaz...

Bu bayram müqəddəs bayramdır, nə qədər ki, insanlıq var, nə qədər ki, yaşam var,  Novruz da yaşayacaq, qeyd olunacaqdır...

Əgər dinlərin rənginə və Zərdüştlüyə baxsaq Azərbaycan bayrağındakı bütün simvollar tam mənası ilə "YAŞAM"ı ifadə edir...

Çünki insanlığın yaranış və dönüş nöqtəsidir Azərbaycan!!! Nuhun timsalında bütün bəşəriyyətin xilasıdır Azərbaycan!!

Bayrağındakı rənglər səmavi dinlərin rəngini, ay-ulduz isə Ayın Günəşdən aldığı odu  simvolizə edir...Günəş də bir ulduzdur axı....

Azərbaycan Odlar Diyarıdır, Azərbaycan Yaşamdır, Azərbaycan insanlığın dünəni, bu günü və sabahıdır... 

Xəritədə Qartal duruşlu məğrur görünüşü ilə onu parçalamağa çalışan düşmənləri caynağı ilə parçalamağa hazırdır Odlar Yurdum...

Odumuzun istisi onu ələ keçirməyə çalışanları, ona pislik etmək istəyənləri hələ çox yandıracaq, qarsacaq... Amma əvvəl-axır başa düşəcəklər ki, Azərbaycanla mübarizə İnsanlıqla mübarizədir, Yaşamla mübarizədir, onunla mübarizə aparmaq olmaz...

Dünyanı məhvərindən çıxarmaq istəyənlərin son dönüş nöqtəsidir Azərbaycan...Dünyanın və gələcəyin xilasıdır Azərbaycan.. 

Nuhun diyarından, Gəmiqayadan, qoca Şərqin qapısından, Nəqşicahandan bütün Cahana səslənirəm: İnsanlığın yaranış, oyanış və dönüş nöqtəsidir Azərbaycan!!!

Yaşam sevginiz azalmasın, odunuz sönməsin, yaranışdan dönüşə var olan  bütün gözəlliklər dünyamıza yayılsın... Bu il Xeyirin Şər üzərində qalib gəldiyi il olsun, Sülh ili olsun, Barış ili olsun, Sevgi ili olsun...

Surə Seyid

banner

Oxşar Xəbərlər