• cümə, 27 Dekabr, 04:07
  • Baku Bakı 9°C

Brüsseldə terror törədən qardaşlardan birinin mesajı tapıldı

23.03.16 18:34 5477
Brüsseldə terror törədən qardaşlardan birinin mesajı tapıldı
Brüsseldə törədilən terror aktları ilə bağlı daha bir nəfər saxlanılıb.

APA-nın hurriyet.com.tr-yə istinadən verdiyi məlumata görə, Brüssel prokuroru Frederik van Leeuv mətbuata açıqlamasında təhlükəsizlik xidməti əməkdaşlarının Schaerbeek istiqamətində həyata keçirdiyi əməliyyat zamanı zibil qutusundan kompüter tapıldığını, həmin kompüterdə terror aktının törədən qardaşlardan biri İbahim Əl Bakraui tərəfindən yazılmış mesajın aşkar edildiyini bildirib. Prokuror qeyd edib ki, İbahim Əl Bakraui mesajında təhlükəsizliyindən narahat olduğunu və həbs edilməkdən qorxduğunu yazıb.
Frederik van Leeuv Xalid Bakraunin metroda, onun qardaşı İbrahimin isə hava limanında özlərini partladaraq terror aktı törətdiklərini deyib.
Prokuror baş verən terror hadisələri ilə bağlı daha bir nəfərin tutulduğunu açıqlayıb.
Qeyd edək ki, martın 22-də Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. “Zaventem” beynəlxalq hava limanında 2 və metroda baş verən partlayış nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb.
banner

Oxşar Xəbərlər