Bir ailənin 4 üzvü qəzaya düşüb, ölən və xəsarət alanlar var
![Bir ailənin 4 üzvü qəzaya düşüb, ölən və xəsarət alanlar var](https://kaspi.az/storage/posts/large/623732757d4b5.jpg)
Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 164-cü kilometrliyində, Kürdəmirin Sığırlı kəndinin ərazisində qeydə alınıb. Ağdam rayon sakini Eyvaz Məmmədov idarə etdiyi BMW markalı avtomobili aşırıb.
Nəticədə E.Məmmədovun sərnişinlərindən, arvadı 1964-cü il təvəllüdlü Almas Məmmədova hadisə yerində ölüb. Özü və digər sərnişinləri - oğlu Əsgər və qızı Aytac xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

![banner](/images/kaspibanner.jpg)