şənbə, 02 Iyul, 00:10

Baku Bakı 22°C

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişir

icon 2046 icon 23 mart 2016 | 12:29 Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişir

Bəzi texniki səbəblərə görə mart ayının 28-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, saat 14:30-da Bakıdan, saat 15:50-dəSumqayıtdan yola düşən qatarların vaxtı bəzi texniki səbəblərə görə dəyişdiriləcək. Həmin qatar saat 16. 00-da Bakı-sərnişin stansiyasından yola düşəcək, saat 16-40-da Sumqayıt-sərnişin stansiyasına çatacaq,saat 17:00-daSumqayıt-sərnişin stansiyasından yola düşəcək və saat 17-40 –da Bakı-sərnişin stansiyasına çatacaq.
Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:00, 08:50, 16:00, 17:25, 18:20, 18:40, 19:15 və 19:50-də, Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:25, 07.45, 08:00, 08:50, 09:40, 17:00, 18:20, 19:30, 20:05, 20:40və 21:00-da yola düşəcək.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca, KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.