Britaniya səfiri: "70 illik əsarətdən sonra müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi əbədi olsun"
"70 illik əsarətdən sonra müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi əbədi olsun".
“Report” xəbər verir ki, bunu Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld deyib. O, 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib: “Əziz Azərbaycanlılar, 28 may Azərbaycan tarixinin əlamətdar günlərindən biridir. 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdi və Şərqdə ilk demokratik respublikanı qurdu. Bu respublikanın dəyərləri bizim bu gün də yaşatdığımız dəyərlərdir: azadlıq, ictimai-siyasi həyatda qadınların rolu, insan haqları və söz azadlığı. 70 illik əsarətdən sonra müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi əbədi olsun. Bir kərə yüksələn bayraq bir daha enməz. Bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm”.