• cümə axşamı, 28 mart, 17:43
  • Baku Bakı 16°C

Britaniya kəşfiyyatı: "Ukrayna taxılının əhəmiyyətli hissəsi ixrac oluna bilmir"

25.05.22 12:45 418
Britaniya kəşfiyyatı: "Ukrayna taxılının əhəmiyyətli hissəsi ixrac oluna bilmir"

“Müharibə başlayandan bəri Odessaya və ya Odessadan ticari gəmilərin əhəmiyyətli fəaliyyəti olmayıb. Rusiyanın əsas Qara dəniz limanlarının sonradan dəniz blokadası alması ticari gəmiçilik sənayesini ərazidə fəaliyyət göstərməkdən çəkindirib”.

"Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Ukraynanın qurudan ixrac mexanizmlərinin Rusiyanın blokadası nəticəsində yaranan gəmiçilik qabiliyyəti çatışmazlığını əvəz etmək ehtimalı çox azdır. Sonucda Ukrayna taxıl ehtiyatlarının önəmli hissəsi ixrac oluna bilmir və saxlancda qalır. Qarşıdurma artıq qlobal taxıl qiymətlərinə dolayı təzyiq göstərib. Rusiyanın dəniz blokadası təhlükəsi kommersiya gəmilərinin Ukrayna limanlarına girişini əngəlləməkdə davam etsə də, sonucda tədarük çatışmazlığı bir çox əsas məhsulların qiymətini daha da artıracaq”, - məlumatda qeyd olunub.

banner

Oxşar Xəbərlər